“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib
Dekabrın 24-də, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib.
Tədbiri ADU-nun rektoru, akademik Kamal Abdullayev giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Müasir dövrdə isə bu siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini möhkəmlədir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi multikulturalizm siyasətinə dövlətin önəm verməsinin bariz nümunəsidir.
Kamal Abdulla qeyd edib ki, oxuculara təqdim olunan və italyan, ispan və fransız dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb. Kitabda dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur. Kitab ilk dəfə 2017-ci ildə Azərbaycan, rus və ingilis dilində çap edilib.
BBMM-in İcraçı direktoru Rəvan Həsənov çıxışında vurğulayıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təməli beş il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Mərkəz multikulturalizm siyasətinin daha möhkəm təməl üzərində qurulması və inkişafı məqsədilə dövlət başçısının verdiyi dəyərli tövsiyələr əsasında ötən müddət ərzində ölkəmizdə xalqlar və fərqli konfessiyalar arasında tarixi birgəyaşayış həyat tərzinin möhkəmləndirilməsi, inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirib, yeni yaradıcılıq platformasını formalaşdıra bilib.
Rəvan Həsənov qeyd edib ki, kitabın nəşrinin əsas məqsədi Azərbaycan mutukulturalizm modelini dunyanın aparıcı dillərində xarici ölkələrdə təbliğ etmək və bu modelin siyasi əsaslarını göstərməkdir. Bu kitab həm mərkəzin, həm də ölkəmizdə olan müxtəlif qurumların Azərbaycan multukulturalizmi və tolirantlıgı , mədəni və dini müxtəligliyi haqqında bir yol xəritəsidir. Kitab ölkəmizdə olan xarici diplomatik nümayəndəliklərə, eləcə də xarici ölkələrdə olan ali təhsil ocaqlarına və siyasi dairələrə Mərkəz tərəfində artıq çatdırılıb və ilkin rəylər yüksək səviyyədədir.
Sonra İtaliyanın ölkəmizdəki səfirinin müavini Umberto Boeri, Dini Qurumlara İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və digərləri çıxış edərək qeyd ediblər ki, Azərbaycan Respublikasının multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Bütün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsinə artan maraq dövlətimizin multikulturalizm mərkəzlərindən biri kimi imicinin qazanmasına səbəb olub.