Azərbaycan multikulturalizminə dair virtual dəyirmi masaların materialları qiymətli əyani vəsaitdir

 

Web

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə vaxtaşırı yerli və xarici ekspertlərin iştirakı ilə müxtəlif aktual mövzulara həsr olunan silsilə virtual dəyirmi masalar təşkil olunur. Həmin dəyirmi masaların materialları BBMM tərəfindən kitabçalar şəklində nəşr edilib. İndiyədək bu silsilədən “Müasir dövrdə Azərbaycanda sosial –iqtisadi və mənəvi inkişafın harmoniyası”, «Multikultural təhlükəsizlik», Xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi: problemlər və perspektivlər” və “Azərbaycana maraq Azərbaycana məhəbbətə cevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözu ilə)” adlı kitabçalar Azərbaycan, rus və ingilis dilində oxucuların ixtiyarına verilib. Bu nəşrlər Azərbaycan multikulturalizmi modelini həm ölkədə, həm də dünyada tədqiq, təşviq, təbliğ etmək üçün ali və orta təhsil müəssisələrinin, müxtəlif təşkilat və qurumların, eləcə də ölkəmizə gələn xarici qonaqların istifadə edə biləcəyi qiymətli əyani vəsaitdir.

 

“Müasir dövrdə Azərbaycanda sosial –iqtisadi və mənəvi inkişafın harmoniyası”

 

İlk virtual dəyirmi masa “Müasir dövrdə Azərbaycanda sosial –iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusuna həsr olunub. Virtual dəyirmi masada Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Braziliyanın Paraiba Dövlət Universitetinin professoru Sudha Svarnakar, İtaliyanın Romualdo Del Bianko Fondunun prezidenti, memar Paolo Del Bianko, Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri, professor Aleksandr Nesterov, Almaniyanın Ostvald fon Volkenştayn - Qezelşaft Fondunun Prezidenti, professor Ziqlinde Hartman, Beynəlxalq münasibətlər üzrə israilli ekspert Arye Qut, italiyalı politoloq və naşir Sandro Tetti, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov iştirak edib. Dəyirmi masada Azərbaycanın sosial-iqtisadi inkişafı ilə mənəvi inkişafı arasındakı münasibət müzakirə olunub.

Dəyirmi masanın yekun nəticəsi kimi qeyd olunub ki, müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı xalqımızın mənəvi sıçrayışı fonunda baş verir.

 

 «Multikultural təhlükəsizlik»

 

«Multikultural təhlükəsizlik» mövzusunda təşkil olunmuş ikinci virtual dəyirmi masaya Dövlət müşaviri Kamal Abdullayev, professor Etibar Nəcəfov, Böyük Britaniyalı rəssam, dizayner Lititsiya Reuss, Almaniyanın Psixoloqlar və Psixoterapevtlər Assosasiyasının psixoterapevt Galina Heinzelmann, professor Əlİkram Abdullayev, ABŞ-ın Berkli Universitetindən dr. Liladhar Pendse, Kaliforniya Ştatının Məclisinin spikeri Antonio Villaraigosa, professor Zümrüd Quluzadə, ABŞ-ın Purdue universitetinin professoru Cəmalüddİn Hüseyn, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov professor, fiziologiya və tibb üzrə 1991-ci il Nobel mükafatı laureat, professor Ervin Neher, Böyük Britaniyanın Lids Universitetinin professoru Aksel Müller, İsrailin Akko şəhərinin meri Şimon Lankri, Almaniyanın Vürtsburq Universitetinin orta əsr alman ədəbiyyatı üzrə professoru Ziqlinde Hartmann qatılıb. Dövlət müşaviri Kamal Abdullayev vurğulayıb ki, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi az olsa da, mənəvi təcrübəsi böyükdür: “ Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Bu da, təbii ki, multikultural mühitin Azərbaycan cəmiyyətinə ilkcədən xas olmasına bir sübutdur. Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu təcrübəsinin səbəbinə gəldikdə isə bir daha onu qeyd etmək lazımdır ki, Azərbaycandakı multikulturalizm kənardan cəmiyyətimizə gətirilməyib, “idxal” edilməyib. Burada sonrakı miqrasiyalara qarşı təbii “peyvənd sindromu” vardı. Burada multikulturalizm əsrlər boyu uzun təkamül yolu keçərək formalaşıb və geniş yayılıb. Azərbaycandakı mövcud multikultural mühit Avropadakı ilə müqayisədə daha qədim, daha möhkəm və daha dayanıqlıdır. Multikulturalizm baxımından Azərbaycan özünütutmuş cəmiyyətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər ərzində, o cümlədən, sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası, müasir dinamik inkişafın təməlidir”. Elə buna görə də, Azərbaycan kimi ölkələr multikulturalizm siyasətinin yeridilməsi sahəsində yaranan problemlərə sinə gəlməyi bacarır”.

Virtual dəyirmi masada multikulturali təhlükəsizlik məsələsi ilə bağlı maraqlı fikirlər səslənib. Professor Etibar Nəcəfov yekun olaraq bildirib ki, multikultural təhlükəsizliyin təmin olunması dedikdə hər hansı bir ölkədə ilk növbədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların etnik- mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi nəzərdə tutulur: “ Bundan başqa cəmiyyətdə multikultural təhlükəsizliyin təmin olunmasının mühüm hədəflərindən biri cəmiyyət daxilində insanların müxtəlifyönlü inteqrasiyasına nail olmaqdır. Tarixi təcrübə göstərir ki, çoxmədəniyyətli dövlətlərin əksəriyyəti, o cümlədən Qərbi Avropa dövlətləri bu məsələyə, yəni multikultural təhlükəsizliyin təmin olunmasına, obyektiv, bəzən isə subyektiv səbəblərdən kifayət qədər ciddi yanaşmırlar. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması sahəsində yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olur. Bu, məsələn, Ermənistanda yaxın keçmişdə belə hallara gətirdi. Son dövrdə Avropanın bir sıra ölkələrində radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyllərinin artması qeyd olunanların bariz nümunəsidir. Azərbaycan isə başqa siyasi istiqamətlərdə olan kimi burada da öz yolunu gedir. Azərbaycanın multikulturalizm sahəsində, ölkədə multikulturalizm təhlükəsizliyinin təmin edilməsində olduqca zəngin və unikal təcrübəsi və böyük nailiyyətləri vardır. Bu dəyirmi masa çərçivəsində biz onların xarici ölkələrdə öyrənilməsi və tətbiq edilməsi vacibliyini vurğuladıq. Bu işdə biz hamımız birlikdə fəallığımızı artırmalı, müxtəlif layihələr irəli sürüb gerçəkləşdirməliyik”.

 

Xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi: problemlər və perspektivlər

 

“Xarici olkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər” mövzusuna həsr edilən üçüncü virtual dəyirmi masada professor Etibar Nəcəfov, Bolqarıstanın Muqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor İvan İlçev, İtaliyanın Sapienza Universitetində Azərbaycan Tədqiqatları Mərkəzinin icracı direktoru Daniel Pommyer, Çexiyanın Karl Universitetinin Şərqi Avropa İnstitutunun direktoru Marek Prşixoda, Belarus Dovlət Universitetinin Beynəlxalq Munasibətlər Fakultəsinin dekan müavini Olqa Malaşenkova, Belarus Dovlət Universitetinin Beynəlxalq Munasibətlər fakultəsinin Beynəlxalq Munasibətlər kafedrasının müdiri, professor Aleksandr Şarapo, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icracı direktoru, professor Azad Məmmədov, Bolqarıstanın Muqəddəs Kliment Oxrisdki adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva Mitreska, Bakı Slavyan Universietinin “Diplomatiya və xarici siyasət” kafedrasının dosenti İrina Kunina, professor Rafael Həsənov, MaksimTank adına Belarus Dovlət Pedaqoji Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru Eleonora Hüseynova, professor Aleksandr Nesterov, Bakı Slavyan Universitetinin Cex dili və mədəniyyəti mərkəzinin direktoru Roza Şəfiyeva, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icracı direktoru Oktay Səmədov, bolqarıstanlı professor Tsvetan Teofanov, Belarus Dovlət Universitetinin Beynəlxalq əlaqələr kafedrasının tədris işi uzrə müdir muavini Vladislav Froltsov, Litva Edukologiya Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin mudiri Loreta Codskiyene və müxtəlif xarici universitetlərin tələbələri mövzunun ətraflı müzakirəsini aparıblar. Dəyirmi masada vurğulanıb ki,

“Azərbaycan multikulturalizmi” fənninin xarici olkə universitetlərində

tədris olunması ideyası Prezident İlham Əliyevin müasir dövrdə qarşıya qoyduğu ideoloji hədəflərdən biridir: “Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər uzrə Dövlət müşavirliyi xidməti bu ideyanın reallaşdırılması və daha geniş intellektual məkanı əhatə etməsi üçün calışır. Bu fənnin tədrisi təcrübəsi, o cumlədən, qazanılan təcrübənin bugünkü virtual dəyirmi masada universitetlərin rəhbərləri, fənni tədris edən muəllimlərin və dinləyən əcnəbi tələbələrin iştirakı ilə muzakirəsi qeyd olunan ideyanın real nəticələr verdiyini, uğurla həyata kecirildiyini sübut edir”.

 

 

             “Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir…”

 

 

“Azərbaycana maraq Azərbaycana məhəbbətə cevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözu ilə)” mövzusunda keçirilən növbəti - sayca dördüncü virtual dəyirmi masada 2015-ci ilin 21-28 iyul tarixlərində “Yay məktəbi”ndə iştirak etmiş xarici ölkə və Azərbaycan universitetlərinin tələbələri ilə sözügedən layihə ətrafında diskussiya aparılıb. Professor Etibar Nəcəfovun moderatorluğu ilə keçən dəyirmi masada Belarus, Gürcüstan, Bolqarıstan, İtaliya, Rusiya və Azərbaycandan olan tələbələr Beynəlxalq Multikulturalizm yay məktəbi ilə bağlı zəngin təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, layihənin icrası zamanı qarşıya qoyulan məqsəd reallaşıb: Azərbaycana olan maraq sevgiyə çevrilib.

Qeyd edək ki, hazırda BBMM tərəfindən “Alban apostol kilsəsi: tarixi baxış” mövzusunda növbəti virtual dəyirmi masanın materiallarından ibarət beşinci kitabça çapa hazırlanır.

 

 

Запись Azərbaycan multikulturalizminə dair virtual dəyirmi masaların materialları qiymətli əyani vəsaitdir впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.