Multikulturalizm Mərkəzi ilə Avstraliya universiteti arasında memorandum imzalanıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) xarici əlaqələrini genişləndirməyə davam edir. Mərkəz xarici ölkələrdə multikulturalizmin təbliği və tədrisi ilə yanaşı, bu sahədə aparılan tədqiqatlar üçün də  mühüm rol oynayır. BBMM artıq multikulturalizm sahəsində dünyanın tanınmış araşdırma mərkəzlərindən birinə çevrilib.

Bu yaxınlarda Multikulturalizm Mərkəzi ilə Avstraliyanın Qriffit Universiteti arasında anlaşma memorandumu imzalanıb. Anlaşmaya əsasən, əməkdaşlıq münasibətləri universitetdə fəaliyyət göstərən Dinlərarası və Mədəni Dialoq Mərkəzi vasitəsilə gerçəkləşdiriləcək. Memorandumda qarşılıqlı elmi fəaliyyət, mədəni mübadilə, birgə elmi tədqiqatların aparılması və təhsil sahəsində əməkdaşlığın digər formaları üzrə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Anlaşma memorandumu BBMM-in icraçı direktoru Rəvan Həsənov və Avstraliyanın Qriffit Universitetinin Vitse-prezidenti professor Sarah Todd tərəfindən imzalanıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi gələcəkdə bu sahədə yeni istiqamətlərin və layihələrin işlənib hazırlanması üçün səmərəli fəaliyyətini davam etdirəcək.

Etiketlər