XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində olublar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində olublar. İştirakçılara kompleks haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Quba Soyqırımı Memorial Kompleksi1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb.