XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları “Azərbaycan Multikulturalizm modelinin mexanizmi” mövzusunda mühazirə dinləyiblər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbi işini Qubada davam edir. Martın 15-də qış məktəbinin iştirakçıları “Azərbaycan Multikulturalizm modelinin mexanizmi” mövzusunda mühazirə dinləyiblər. Mühazirəni Mərkəzin Layihələr Şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent İrina Kunina oxuyub.

Etiketlər