Rumıniyalı tələbə: Azərbaycanda fərqli dini inanclara sahib insanlar mehriban şəraitdə yaşayırlar

Əvvəlcə Azərbaycan haqqında fikirlərimi bölüşmək istəyirəm. Bakı şəhərini çox bəyəndim. Orada həm maraqlı, qədim memarlıq nümunələrinə, həm də modern binalara rast gəlmək olar. Biz qış məktəbi çərçivəsində bir sıra görüşlər keçirmişik. Azərbaycanda mövcud dini tolerantlıq modeli haqqında ətraflı məlumatlar öyrənmişik. Burada fərqli dini inanclara sahib insanlar mehriban şəraitdə yaşayırlar.

Bu fikirləri “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin Rumıniyadan olan iştirakçısı Klaudia Mihailov söyləyib.

Rumıniyalı iştirakçı qış məktəbi çərçivəsində müxtəlif ölkələrdən yeni dostlar qazandığını və bu layihənin faydalı olacağını bildirib.

“Biz Azərbaycanda məscid və kilsədə olduq. Qarşıdakı günlərdə Qubadakı sinaqoq və məscidlərlə də tanış olacağıq. Maraqlı məruzələr dinləyirik. Bu layihəni çox bəyəndim. Qış məktəbində iştirak edən digər tələbələrlə yaxından tanış olmaq, onların təmsil etdiyi ölkələrin mədəniyyətləri haqqında öyrənmək şansı əldə etmişik. Braziliya, Çin kimi ölkələrdən tanışlar qazandıq. Burada olduğuma görə çox sevinirəm. Faydalı layihədir”, - deyə Klaudia Mihailov söyləyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən Qış məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan 20-dən çox tələbə iştirak edir.

Etiketlər