Fuad Axundov: Biz tariximizi ancaq faktlarla, xəritələrimizlə sübut edə bilərik
Qafqaz diyarının xəritəsinin hazırlanması çox mühüm məsələdir. Çünki biz tariximizi ancaq faktlarla, xəritələrimizlə sübut edə bilərik.
Bu fikri Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin fevralın 20-də keçirilən təqdimatı zamanı səsləndirib.
Bu ciddi sənədin geniş şəkildə yayılmasının, təbliğ olunmasının vacibliyinə diqqət çəkən Prezident Administrasiyası rəsmisi bildirib ki, ermənilər saxta “böyük Ermənistan” xəritəsini harada gəldi asıblar, hər yerdə təbliğ ediblər.