Gündüz İsmayılov: Bu gün Qərbin həll etmək üçün baş sındırdığı məsələni Azərbaycan xalqı yüz illər öncə həll edib

İkinci Dünya müharibəsindən sonra Qərb dövlətlərinə güclü miqrant axını baş verdi. Bu gün Qərbdə milyonlarla miqrant yaşayır. Hazırda Qərb üçün miqrant məsələsi sosial-iqtisadi məsələdən daha çox siyasi məsələyə çevrilib.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov akademik Kamal Abdullanın müəllifi olduğu “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimat mərasimində çıxış edərkən deyib.

G.İsmayılov qeyd edib ki, bu gün multikulturalizm həm siyasi, həm dini, həm elmi, həm də təhlükəsizlik məsələsidir. Bu aspektdən yanaşdıqda Qərbdə hazırda müzakirə olunan məsələlərdən biri müxtəlif xalqların nümayəndələri olan milyonlarla insanın həmin ölkələrin cəmiyyətinə inteqrasiya edilməsi ilə bağlıdır.

“Ancaq bu gün Qərbin həll etmək üçün baş sındırdığı məsələni Azərbaycan xalqı yüz illər öncə həll edib. Multikultural dəyərlər yüz il öncə Azərbaycan xalqı üçün mədəniyyət məsələsi idi. Çünki bizdə inancından asılı olmayaraq, hər kəsi sevmək mədəniyyəti formalaşıb”, - deyə Komitə sədrinin müavini qeyd edib.

Etiketlər