“International Journal of Multiculturalism” jurnalının növbəti sayı dərc olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (“Beynəlxalq Multikulturalizm Jurnalı”) adlı beynəlxalq elmi jurnalının sayca yeddinci, 2023-cü ildə isə birinci sayı işıq üzü görüb. Qeyd edək ki, ildə iki dəfə ingilis dilində nəşr olunan jurnalın saytı da (http://bimc-ijm.com/index.aspx) fəaliyyət göstərir.
Jurnalın yeddinci sayında bir sıra xarici və yerli araşdırmaçı alimlərin – Mohamad Zaidin Mohamad, Mohd Faiz Hakimi Mat İdris, Berhanundin Abdullah, Ahmad Fauzi Hasan, Sofyuddin Yusof, Cahandar Cabbarov, Cabbar Əhməd, İ.D. Tivari, Lauren Lindmeier, Ryuto Haşimoto, Elizabet J. Sandell, Damla Taşkının “Malayziyada sələfilik dəyərlərinin təcrübəsi: Çətinliklər və konsolidasiya strategiyaları”, “Mədəni relyativizm nəzəriyyəsi və Azərbaycan demokratiyası”, “Hind mədəniyyəti: inancların qaynayıb qarışması”, “İki kursun bakalavr tələbələrinin mədəniyyətlərarası səriştəsinə təsiri”, “Miqrasiya və Qadınlar” digər mövzularda məqalələri yer alıb.
Məlumat üçün bildirək ki, bütün beynəlxalq standartlara cavab verən “International Journal of Multiculturalism” jurnalı regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. Jurnalda elmi məqalələrlə çıxış etmək istəyən araşdırmaçı alimlər yazılarını bimc-ijm.com ünvanına göndərə bilərlər. “International Journal of Multiculturalism” jurnalının PDF variantı həm BBMM-in, həm də jurnalın saytında yerləşdirilir.