Rəvan Həsənov: "İslamofobiya hallarının artması Azərbaycanı da narahat edir"

"İslamofobiya hallarının artması Azərbaycanı da narahat edir".

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransla bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, konfransda dünyanın 31 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək: "Həmin nümayəndələr islamofobiya ilə mübarizədə fərqli yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar. Bu tədbirə Azərbaycanın ev sahibliyi etməsinin xüsusi önəmi var. Çünki dünyada islamofobiya hallarının artması Azərbaycanı da narahat edir. Bu konfransın dayanıqlı şəkildə keçirilməsinə ümid edirik".

Etiketlər