Kamal Abdulla: Azərbaycan müstəqillik dövrünün ən məsuliyyətli dövrünü yaşayır

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin əhəmiyyəti bizim üçün çox böyükdür. Çünki Qış Məktəbi Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla söyləyib.

Akademik qeyd edib ki, Azərbaycan müstəqillik dövrünün ən məsuliyyətli dövrünü yaşayır. Ermənilər Azərbaycan xalqının başına bir çox bəlalar gətiriblər. Bildirilib ki, Quba Memorial Kompleksindəki görüntülər əsl genosidi xatırladır.

"Sabah Azərbaycan tarixinin ən faciəvi günlərdən biri - Xocalı soyqırımının 31-ci ildönümüdür. Ermənilər Xocalıya hücum edərək qadınları, uşaqları, yaşlıları azərbaycanlı olduqları üçün öldürüblər. Bu hadisələrin bir daha təkrar olunmaması üçün Xocalı faciəsini unutmamalıyıq",- deyə BBMM-in Himayəçilik Şurasının sədri vurğulayıb.

Etiketlər