Səninləyik Türkiyə
Qardaş Türkiyə və Azərbaycan Respublikaları sevincli günlərində olduğu kimi, kədərli dönəmlərdə də daim birlikdədir və çətin vaxtlarda bir-birinə arxa-dayaqdır. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması və xəsarət alması hər bir vətəndaşımız kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) kollektivini də dərindən sarsıdıb.
BBMM kollektivi, eləcə də ölkəmizdəki bir sıra etnik və dini icmaların nümayəndələri qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım kampaniyasına qoşulub. Toplanan 40.000 türk lirəsi məbləğində yardım Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb. Türkiyədə zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik.