Məhəmməd Nooyev: 20 Yanvar faciəsi Azərbaycana qarşı böyük hərbi təcavüz idi

Qanlı Yanvar faciəsinin şahidlərindən biri də mən olmuşam. 1990-cı il yanvarın 19-da sovet qoşunları Bakıya hücum edib, biz 150 şəhid vermişik, yüzlərlə yaralılarımız olub. Yaralılar içində qadınlar və uşaqlar da var idi. Təbii ki, 20 Yanvar faciəsi Azərbaycana qarşı olan böyük hərbi təcavüz idi.

Bu sözləri "Azərbaycan-Avar” İctimai Birliyinin sədri Məhəmməd Nooyev söyləyib.

"Bu hadisələr baş verən zaman Azərbaycanın Rusiyadakı səfirliyinin önündə etiraz əlaməti olaraq aksiya keçirilirdi. Mən də bu etiraz aksiyasında iştirak edirdim. Ulu Öndər Heydər Əliyev burada çox kəskin çıxış etdi, öz etirazlarını bildirdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra da 20 Yanvar hadisələrinə çox diqqətlə yanaşdı", - deyə M.Nooyev qeyd edib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevdən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin uğurlu siyasətini davam etdirir. Biz 44 günlük Vətən müharibəsində də öz mərdliyimizi "dəmir yumruq" ətrafında birləşərək göstərdik və torpaqlarımızı işğaldan azad etdik. Biz şəhidlərimizi heç vaxt unutmadıq, unutmayacağıq.

Etiketlər