Azərbaycanda yaşayan rutullar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca 13-cü olan filmdə Azərbaycanda yaşayan rutullar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. Xatırladaq ki, layihə əsasında hazırlanmış ilk sənədli film əsrlər boyu Azərbaycanda yaşamış yəhudilərə, ikinci film "Qafqaz Albaniyasının varisləri - udilər"ə, üçüncü film - "Biz birlikdə güclüyük" Vətən Müharibəsində nümayiş olunan milli birliyə, dördüncü film - Azərbaycanda yaşayan malakanlara, beşinci film Azərbaycanda yaşayan ingiloylara, altınci film Azərbaycanda yaşayan talışlara, yeddinci film Azərbaycanda yaşayan axıska türklərinə, səkkizinci film Azərbaycanda yaşayan avarlara, doqquzuncu film Azərbaycanda yaşayan saxurlara, onuncu film Şahdağ xalqlarına, 11-ci film Azərbaycanda yaşayan ləzgilərə, 12-ci film isə Azərbaycanda yaşayan tatlara həsr edilmişdi.