"Azərbaycanda Yəhudi irsi" sənədli filmi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda yaşayan milli icmalar haqda sənədli filmlər silsiləsi hazırlamağı planlaşdırır. İlk belə film ölkəmizdə yaşayan yəhudilərə həsr olunub. "Azərbaycanda yəhudi irsi" adlı sənədli filmdə Azərbaycanda uzun müddət yaşayan üç yəhudi icması - dağ yəhudiləri, avropa yəhudiləri və Gürcüstan yəhudiləri haqda geniş məlumat verilir. Bildirilir ki, Azərbaycan dövlətinin qayğı və himayəsi ilə ölkəmisdə yaşayan yəhudilərin dini və milli adət-ənənələrini qoruyub saxlamaları üçün bütün imkanlar yaradılıb.