XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi və XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları iyulun 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin məzarları üzərinə tər çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar.

Etiketlər