Multikulturalizm Mərkəzinin əməkdaşının Qarabağ həqiqətləri ilə məqaləsi ABŞ-ın jurnalında dərc edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Mərkəzin Analitika şöbəsinin əməkdaşı Rəhim Rəhimovun “Ermənistan - Azərbaycan münaqişəsi: Sivilizasiyaların Toqquşması?” adlı məqaləsi ABŞ-ın Vaşinqtonda yerləşən Rusiya və post-sovet məkanı üzrə ixtisaslaşmış nüfuzlu beyin mərkəzi olan Ceymstaun Fondunun Eurasia Daily Monitor nəşrində dərc edilib.
Məqalədə Qarabağ və ətraf rayonlarda gedən son döyüş əməliyyatları fonunda Ermənistan və onun baş naziri Nikol Paşinyan tərəfindən münaqişənin sivizasiyalararası toqquşma kimi qələmə verilməsindən və bəzi böyük dövlətlərin və beynəlxalq media qurmlarının buna ciddi dəstək verməsindən bəhs edilir.
Məqalənin müəllifi bildirir ki, münaqişənin bu cür qələmə verilməsi cəhdlərinin əsas səbəbi Ermənistanın haqsız olması ilə bağlıdır. Belə ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq və münaqişənin tarixi ilə bağlı faktlar baxımından möhkəm zəmindədir. Ermənistanın strategiyası isə əksər hallarda münaqişəni emosional sferaya yönəltməkdən ibarətdir. Həmin böyük dövlətlərin və media qurmlarının Ermənistana Azərbaycan əleyhinə geniş miqyaslı dezinformasiya kampaniyası aparmaqla dəstək verdikləri bildirilir və Azərbaycan-Türkiyə müttəfiqliyini isə sırf etnik-mədəni xarakterdə təqdim edilir. Halbuki, bu müttəfiqlik real milli maraqlara əsaslanır.
R. Rəhimov bildirir ki, Azərbaycan-Türkiyə münasibətlərinin belə yanlış təqdimatının nəzəri kökləri Samuel Hantinqton “Sivilizasiyaların Toqquşması?” adlı əsarindən qaynaqlanır və tutarlı arqument və faktlarla onun reallıqdan uzaq olduğunu əsaslandırır. Konkret misal olaraq, həmin dövlətlərin rəsmiləri və media qurumları tərəfindən Ermənistanın təyarrəsinin guya Türkiyənin olan F-16 təyyarəsi tərəfindən vurulması və Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı əsassız iddialari elementar səviyyədə heç bir fakt yoxlama aparılmadan və təsdiq olmadan yayması qeyd olunur. Halbuki, Ermənistan prezident özü və digər mənbələr xarici döyüşçülərin Qarabağa gətirilməsini etiraf edirlər. Amma bu barədə heç bir söz deyilmir. Məqalədə prezident İlham Əliyevin Fransa prezidenti Makrondan belə böhtan iddialarına görə Azərbaycan xalqından üzr tələb etməsi də nəzərə çatdırılır. Məqalədə o da xüsusi qeyd olunur ki, ATƏT Minsk Qrupunun həmsədr dövlətlərinin hər üçünün xristian dünyasını təmsil etməsi və Ermənipərəst mövqe sərgiləməsi Azırbaycanda bəzən “Xristian həmrəyliyi” kimi başa düşülür. Buna konkret misal olaraq, Emmanuel Makronun heç bir diplomatik etiketə və beynəlxalq hüquqa sığmayan son bəyanatları göstərilir.
Amma bütün bunlarla bərabər, məqalə müəllifi bildirir ki, münaqişə nə Ermənistan, nə də Azərbaycan üçün dini xarakter daşımır. Bu fikri sübut edən ən böyük arqumentlərdən biri Ermənistan-İran və Azərbaycan-İsrail tərəfdaşlıqları göstərilir. Məqalədə qeyd olunan fikir və arqumentlər beynəlxalq səviyyədə mötəbər hesab olunan analitik və akademik mənbələrə istinad edilməklə əsaslandırılır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti
https://jamestown.org/program/armenian-azerbaijani-conflict-clash-of-civilizations/ https://azertag.az/xeber/1615011
https://azertag.az/xeber/1615011