Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə tədris etdiyi “Azərbaycan multikulturalizmi” fənninin dinləyiciləri olmuş tələbələr Azərbaycanın Qarabağda ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəklədiklərini vurğulayan video material hazırlaylıblar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə tədris etdiyi “Azərbaycan multikulturalizmi” fənninin dinləyiciləri olmuş tələbələr Azərbaycanın Qarabağda ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəklədiklərini vurğulayan video material hazırlaylıblar. Həm də “Azərbaycanın gənc dostları” qrupunun üzvləri olan ABŞ, Kamerun, Portuqaliya, Xorvatiya, Almaniya, Estoniya, Ukrayna, Qırğızıstan gəncləri Ermənistanın Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən yaşayış yerlərinə, mülki əhaliyə qarşı həyata keçirdiyi qanlı hücumları pisləyiblər.