Yanvarın 24-26 tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Cənubi Qafqaz ali məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulan Qafqazda Avropaşünaslıq mövzusunda dərsliyin nəşrinə hazırlıq məqsədilə 2-ci seminar keçirilib.
Yanvarın 24-26 tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Cənubi Qafqaz ali məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulan Qafqazda Avropaşünaslıq mövzusunda dərsliyin nəşrinə hazırlıq məqsədilə 2-ci seminar keçirilib. Qafqaz Avropaşünaslıq Assosiasiyası tərəfindən təşkil edilən tədbirdə Almaniya, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynadan olan mütəxəssislər iştirak ediblər. Yeni dərslikdə Avropaşünaslığın tədrisinə Avriopa İttifaqının yürütdüyü dəyərlər yönündən və Cənubi Qafqaz kontekstində yanaşılacaq. Tədbirdə Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov təmsil edib. R. Rəhimov seminarda BBMM-in və Avropa İttifaqının yeni yaradılmış Avropa həyat tərzinin təbliği üzrə kommissarlığının tolerantlıq anlayışına yanaşmalarının müqayisəli icmal ilə çıxış edib.