Fransanın Kalmar şəhərinin meri və Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Multikulturalizm Mərkəzində olub

 

 

Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində(BBMM) olublar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov fransalı qonaqlarla görüşdə Azərbaycan multikulturalizmi modeli, ölkəmizdə əsrlərdir mövcud olan multikultural dəyərlər və tolerantlıq ənənələrindən, Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələrdən söz açıb. R. Həsənov bildirib ki, sivilizasiyaların qovuşuğında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlılıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi Azərbaycanı dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz  məkanı edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün  həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmaısnı, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Görüşdə BBMM-in Fransada mümkün layihələri, eləcə də  Azərbaycan multikulturalizmi modelinin Fransada təbliği və öyrənilməsi məsələləri müzakirə olunub. Qonaqlar müzakirə zamanı belə bir fikri vurğulayıblar ki, son dövrlər tez-tez terror aktlarının törədilməsi səbəbindən Fransada hazırda multikulturalizm anlayışı yalnış qəbul edilir. Dini ekstremizm və dini etiqad azadlığı, multikulturalizm və izolyasiya siyasəti qarışıdırılır. Bu mənada nümunəvi model olaraq, Azərbaycan multikulturalizminin bir fənn kimi Fransa universitetlərində də tədris olunması, bütövlükdə cəmiyyətdə təbliği böyük önəm daşıyır.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tolerantlıq və multikilturalizm ideologiyasının dünyadakı təbliğinə görə  icraçı direktor əvəzi Rəvan Həsənov Fransa Parlament medalı ilə təltif olunub. Fransadan gələn qonaqlar isə BBMM-in fəxri üzvləri seçiliblər. Onlara diplom və vəsiqələr təqdim olunub.

Запись Fransanın Kalmar şəhərinin meri və Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Multikulturalizm Mərkəzində olub впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.