Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti Multikulturalizn Mərkəzində olub
Mayın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı director əvəzi Rəvan Həsənov ölkəmizdə səfərdə olan Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə geniş məlumat verərək, Azərbaycandakı dini durum və dövlət-din münasibətləri, dinə dövlət qayğısından, ölkəmizdə milli və dini icmalara dövlət tərəfindən göstərilən dəstək və qayğıdan, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən geniş bəhs edib. Qeyd olunub ki, ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər, İslam və qeyri-islam dini icmalarına dövlət tərəfindən maddi yardım ayrılır. Azərbaycanın tolerantlığa və multikultural, milli mənəvi dəyərlərin qorunmasına və inkişafına görə dünyada nümunə ola biləcək ölkələrdən biri olduğu vurğulanıb, bunun təzahürü olaraq Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, ötən ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanda sivilizasiyalararası dialoq mərkəzinin fəaliyyət göstərdiyi və bununla əlaqədar ölkəmizin bir çox beynəlxalq forumlara ev sahibliyi etdiyi bu mərkəzin xətti ilə cari ildə də beynəlxalq konfransların keçirildiyi bildirilib.
Viktor Opaski ölkəsindəki dövlət-din münasibətlərindən bəhs edən bildirib ki, Rumıniyada dövlət tərəfindən dini icmalara və din xadimlərinə maaş verilir, bu sahədəki qanunvericilik bütün dini konfessiya mənsublarının etiqad azadlığını təmin olunmasına şərait yaradır. V. Opaski ölkəmizə növbəti dəfə səfər etməsindən məmnun olduğunu bildirib. Rumıniyalı qonaq Azərbaycana hər səfərində inkişafın, eləcə də Bakının daha da gözəlləşməsinin şahidi olduğunu deyib. Görüşün iki ölkə arasında müvafiq sahədə fikir mübadiləsi aparılması üçün əhəmiyyətli olduğunu və Azərbaycanın bu sahədə mövcud təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdıran V.Opaski Azərbaycanda mədəni müxtəliflik, tolerantlıq və multikulturalizm kimi məsələlər üzrə fəal iş aparıldığını qeyd edib.
Görüşdə Rumıniyanın Müsəlman İcmasının Ali Müftisi Yusuf Murad çıxış edərək ölkəsində müsəlman icmasının fəaliyyəti, gördüyü işlər barədə məlumat verib. O, ötən il “İslam Həmrəyliyi İli” çərçivəsində Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunan bir sıra beynəlxalq konfranslarda iştirak etdiyini bildirib.
Sonda qonaqlara BBMM-in nəşr etdirdiyi kitab və broşürlər hədiyyə edilib.
Görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku da iştirak edib.
Запись Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti Multikulturalizn Mərkəzində olub впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.