Multikulturalizm Mərkəzi festival iştirakçıları üçün multikultural tur təşkil edib

Bakıda “Qız Qalası. Qadın olmaq” Beynəlxalq Müasir İncəsənət Festivalı keçirilir. Festivalda bir qrup beynəlxalq rəssam, kurator, eləcə də Avropa ölkələri və Şərq Tərəfdaşlığı bölgəsindən olan incəsənət nümayəndələri iştirak edirlər. Festival çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Quba şəhərinə mədəni multikultural tur səfər həyata keçirilib. Səfər zamanı qonaqlar Qızrmızı qəsəbədə, xalçaçılıq muzeyində və rayonun bir sıra görməli yerlərində olublar.

Quba şəhəri Azərbaycan multikulturalizminin və tarixi millətlərarası tolerantlığın gözəl bir nümunəsidir. Şəhərdəki Qırmızı qəsəbəyə səfər bunu tədbir iştirakçıları üçün bir daha təsdiqləyib.  Səfər zamanı Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev və BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqları icma həyatının keçdiyi əsas yerlərlə tanış ediblər. Onlar  Dağ Yəhudilərinin Azərbaycanda məskunlaşmasının tarixindən və yaşam tərzindən də söz açıblar.

Etiketlər