Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Tanınmış İsrail müğənnisi, flamenko üslubunda ifa edən Şimon Siboni martın 26-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində konsert verib. Konsert Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Avropa yəhudilərinin Bakı dini icmasının, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının dəstəyi ilə keçirilib
Verilişdə BBMM-in Novruz bayramı münasibətilə ölkədə və xaricdə təşkil etdiyi tədbirlərdən söz açılıb
Verilişdə VII Bakı Qlobal Forumunun işi haqda söhbət aparılıb
Verilişdə VII Bakı Qlobal Forumunun işi haqda söhbət aparılıb.
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinə həsr olunan verilişin qonaqları layihənin Portuqaliyadan olan iştirakçısı Joao Mastre və Tacikistandan olan iştirakçısı Amreddin Siraceddinovdur
Kultura plus internet televiziyasının VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi haqqında hazırladığı geniş videosüjet
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Televiziyasının "Müasir Azərbaycan gənci" verilişinin qonağı olub
Xocalı soyqırımına həsr olunan verilişin qonaqları “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, jurnalist Şamil Sabiroğlu və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının sədr müavini, professor Elçin Əhmədovdur.
Media və multikulturalizm mövzusuna həsr olunan verilişin qonaqları millət vəkili Hikmət Babaoğlu və BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğludur.
BBMM - in icraçı direktoru Rəvan Həsənovun Real TV - kanalına müsahibə verib
BBMM-in icraçı direktoru Rəvan Həsənov CBC telekanalına VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi və mərkəzin həyata keçirdiyi digər layihələr haqda müsahibə verib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin buraxılışları
Şəhidlərə ithaf olunan verilişin qonaqları millət vəkili, professor Musa Qasımlı və politoloq Elşad Mirbəşiroğludur.
BBMM-in “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə həsr olunan verilişin qonaqları tarix elmləri doktoru, AMEA-nın aparıcı elmi işçisi Məhəbbət Paşayeva və Alban Udi Xristian dini icmasının sədri Robert Mobilidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin 6-cı buraxılışı yayımlandı. (05.12.2018) "Heydər Əliyev və multikulturalizm" mövzusuna həsr olunan verilişin qonaqları Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycanda katolik icmasının başçısı Vladimir Feketedir.Verilişdə həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə,Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayev, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus pravoslav kilsəsinin nümayəndəsi Konstantin Pominovun da müsahibələri yer alıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin 5-ci buraxılışı. (28.11.2018) Verilişin qonaqları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli və efiopiyalı tədqiqatçı Seyfi Tırfedir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin 4-cü buraxılışı. (14.11.2018) Beynəlxalq Tolerantlıq gününə həsr olunan verilişin qonaqları Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin üçüncü buraxılışı. VI Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunan verilişin qonaqları Hindistanın "Art of Living" Fondunun mənəvi rəhbəri Şri-Şri Ravi Şankar və İtaliyanın Link Kampus Universitetinin professoru Alesandro Fiqusdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin ikinci buraxılışı.Bakı prosesinin 10 illiyi və VI Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunan verilişin qonaqları Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəmandır.
Verilişdə multikulturalizmin mahiyyəti, Azərbaycan multikulturalizm modeli haqda söhbət aparıldı. İlk verilişin qonaqları Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov oldu.