Azərbaycanda bir sıra dini icmaların rəhbərləri ilə görüş keçirilib
Efiopiyalı tədqiqatçı, fəlsəfə doktoru Seifu Tirfie Abebe Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsi (AİDA) ilə birgə həyata keçirdiyi “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində bu ilin sentyabr-noyabr aylarında “Azərbaycan Respublikasında dini müxtəliflik və tolerantlıq” mövzusuna dair elmi araşdırma aparır. Tədqiqatçı bu məqsədlə Azərbaycandakı dini icmaların rəhbərləri ilə görüşüb.
BBMM-in təşkilatçılığı ilə keçirilən birinci görüş Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatında baş tutub. Bakı və Xəzəryanı Yepiskop Aleksandr İşeinlə olan görüşdə Rusiya Fedarasiyasının fövqaladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və BBMM-in Analitika şöbəsinin əməkdaşı Cashangir Cahangirli də iştirak edib.
Daha sonra Efiopiyalı tədqiqatçı Seifu Tirfie Abebe Avropa Yəhudilərinin Bakı dini icmasında baş ravvin Şneor Seqalla görüşüb.
Görüşlərdə Azərbaycanın multikulturalizm modeli və bunun ölkə qanunvericiliyində əks olunması, Azərbaycanda dini icmaların fəaliyyəti üçün yaradılan şəarit barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı dövlət başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və dəstəyi xüsusi vurğulanıb.