Almaniyada “Azərbaycan multikulturalizmi”
Azərbaycan multikulturalizmini tədris edən xarici universitetlərin sırası get-gedə genişlənir. Bugünlərdə bu sıraya Almaniyanın Augsburg Universiteti də qoşulub.
8-12 fevral 2016-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində «Azərbaycan multikulturalizmi» fənninin tədrisi layihəsi çərçivəsində Almaniyanın Augsburg Universitetində “Azərbaycan multikulturalizmi” üzrə intensiv kurs təşkil olunub. Kursu Augsburg Universitetinin Alman dili və ədəbiyyatı üzrə ixtisaslaşmış professoru Klaus Volf təşkil edib. 5 gün ərzində- hər gün saat 08:00-19:00 –dək davam edən kursa universitetin filologiya və tarix fakültəsinin 10 tələbəsi qatılıb.
Запись Almaniyada “Azərbaycan multikulturalizmi” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.