Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Almaniya multikulturalizmi: dünəni, bugünü və sabahı” müzakirə edilib

 

IMG_4818

Martın 11-də Auqsburq Universitetinin professoru Klaus Volf Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Almaniya multikulturalizmi: dünəni, bugünü və sabahı” mövzusunda mühazirə oxuyub. Alim və mütəxəssislərin qatıldığı  tədbirdə professor Almaniyada multikultural ənənələrin keçmişindən və hazırkı durumundan  söz açıb, doğma şəhəri Auqsburqda müxtəlif dinlərin və xristianlığın fərqli təriqətlərinin daşıyıcılarının əsrlərdir birgə, yanaşı yaşadığını vurğulayıb.

Klaus Volf Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən məscidlər, kilsələr və sinaqoqolar haqqında slayd vasitəsilə iştirakçılara ətraflı məlumat verib.

Professor Azərbaycan və Almaniya multikulturalizmi modellərinin spesifik cəhətlərindən bəhs edərək müqayisəli təhlil aparıb.

Alim bu yaxınlarda özünün təşkilatçılığı ilə Almaniyanın Auqsburq Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Azərbaycan multikulturalizmi üzrə intensiv kurs təşkil olunduğunu xatırladıb. Professor bildirib ki, beş gün ərzində (hər gün saat 08:00-dan 19:00–dək) davam edən kursa universitetin filologiya və tarix fakültələrinin 10 tələbəsi qatılıb.

Klaus Volf hazırda Almaniyada multikulturalizm mövzusunun geniş müzakirələrə səbəb olduğunu, lakin bununla yanaşı müsbət proqnozların və perspektivlərin hər zaman mümkünlüyünü vurğulayıb.

Sonda K. Volf tədbir iştirakçılarının suallarını cavablandırıb, mövzu ətrafında geniş diskussiya aparılıb.

 

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Almaniya multikulturalizmi: dünəni, bugünü və sabahı” müzakirə edilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.