“Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunun sıraları genişlənir

 

azerbaycanin genc dostlari

Bu yaxınlarda yekunlaşan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində yaradılan “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubu öz ətrafına onlarla gənci toplayaraq sıralarını genişləndirir.

Xatırladaq ki, III Beynəlxalq multikulturalizm məktəbində iştirak edən Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Amerikan Kollecinin tələbəsi Dimitrios Asproulisin  öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunun üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 13 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri təmsil olunacaqlar. Bu klub üzvü olan hər bir xarici gənc üçün Azərbaycanda təhsil imkanları yaratmağı, ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olmağı,  Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsində hər bir üzvə kömək etməyi nəzərdə tutur.  “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunun yeni fəaliyyətə başlayan internet saytı (www.youngfriends.az) da beynəlxalq gənclər auditoriyasının diqqətini cəlb etməkdədir.

Sentyabrın sonlarında   “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunun yaradıcıları Salomeya Lukaite və Dimitrios Asproulis Yunanıstan Amerikan Kollecində klubun  təqdimatını edəcəklər. Təqdimat zamanı kollecin tələbələrinə Beynəlxalq Klubun məqsəd və vəzifələri  açıqlanacaq, eyni zamanda  Azerbaycan multikulturalizm modeli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yay və qış məktəbləri layihəsi ilə bağlı ətraflı məlumat veriləcək.  Təqdimat mərasimində “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunun Himayəçilər Şurasının üzvü, ABŞ-dan olan müstəqil jurnalist ve analitik Peter Teys de istirak edəcək.

Beynəlxalq Klubun yaradılması ilə bağlı fikirləırini bölüşən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, yay və qış multikulturalizm məktəblərinin keçirilməsi Prezident İlham Əliyevin ideyasıdır və dövlət başçısının arzularından biri də Azərbaycanın gənc vətəndaşlarının xaricdə intellektual dostlarının sayının artmasıdır. Dövlət müşaviri “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunun yaradılması xəbərini dostları, həmkarları ilə bölüşdüyünü və onların bu xəbəri yüksək sevinclə qarşıladığını qeyd edərək bu klubun fəaliyyətinə son dərəcə böyük ümidlər bəsləndiyini diqqətə çatdırıb.

Запись “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunun sıraları genişlənir впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.