Multikulturalizm Mərkəzinin əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
28-29 oktyabr 2024-cü il tarixlərində Rusiyanın Samara Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə “Mövcud problemlər və tendensiyalar müasir iqtisadiyyatın inkişafı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransın bir bölməsi də “Multikulturalizm və regionşünaslıq məsələləri müasir dövrdə ölkələrin sosial-iqtisadi inkişafı" mövzusuna həsr olunmuşdur. Konfrans çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri İrina Kunina və Layihələr şöbəsinin məsləhətçisi Tahirə Ələsgərova çıxış etmişlər.
Layihələr şöbəsinin müdiri İrina Kunina “Etnomədəni kimliyin mahiyyəti və dinamikası” mövzusunda çıxış edərək, Etnik identikliyin fərdin özünü müəyyən etnik qrupa mənsubluğunu müəyyənləşdirməsi olduğunu vurğulamışdır.
Layihələr şöbəsinin məsləhətçisi Ələsgərova Tahirə “Multikultural cəmiyyətdə təhsil” mövzusunda çıxış edərək təhsildə bərabərlik prinsiplərindən bəhs etmiş, tolerant, inklüziv və ədalətli fərdlərin yetişdirilməsi üçün Multikultural təhsilin vacibliyini qeyd etmişdir.