Multikulturalizm Mərkəzində “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” müzakirə edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda «Multikulturalizmə giriş» və «Azərbaycan multikulturalizmi» fənlərinin tədrisi məsələlərinə həsr olunmuş növbəti metodik seminar keçirilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov tədbiri açaraq öncə Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafı istiqamətində həyata keçirdyi əvəzsiz işlərdən söz açıb: “Ümumilli lider Heydər Əliyev Azərbaycanın tarixən sahib olduğu tolerantlıq ənənələrini və multikulturalizm dəyərlərini daha yüksək hüquqi və siyasi müstəviyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikulutral ənənələrinin qorunması və inkişafı sahəsində həyata keçirilən siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Məhz bu siyasi kursun nəticəsində multikulturalizm bu gün Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdəndir. Dünyanın müxtəlif ölkələrindəki ali təhsil müəssisələrində və ölkəmizdəki universitetlərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi də bunun parlaq sübutlarından biridir. Vaxtaşırı təşkil etdiyimiz belə seminarların təşkili sözügedən fənlərin tədris keyfiyyətinin daha da artırılması, qarşıda duran vəzifələrin həlli, mövcud problemlərin aradan qaldırılmasını birgə müzakirə etmək, ortaq nəticələrə gəlmək məqsədi daşıyır”.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov “Azərbaycan multikulturalizmi” fənninin hazırda dünyanın 15, ölkəmizin 40 aparıcı universitetində tədris olunduğunu xatırladaraq artıq fənnin tədrisi istiqamətində müsbət təcrübə və nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Etibar Nəcəfov tədris prosesinin elmi-medoki təminatı sahəsindəki problemlərin də artıq həllini tapmaq üzrə olduğunu bildirib. Professor qeyd edib ki, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasindan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı artıq üç dildə-Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb və tədrislə məşğul olan müəllimlərə çatdırılıb, bu seriyadan digər nəşrlər də hazırlanır. “Azərbaycan multikulturalizmi” dərsliyi də bugünlərdə müəllim-tələbə heyətinə təqdim ediləcək.
Müxtəlif universitetlərdə adıçəkilən fənni tədris edən mütəxəssislər - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından Rima Qafarzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Azad Cəfərov, Bakı Mühəndislər Universitetindən Turac Məmmədova, Azərbaycan Texniki Universitetindən Eyyub Kerimov və Qabil Hüseynli, Azərbaycan Dövlət Pedaqojı Universitetindən Leyli Quliyeva, Polis Akademiyasından Rəhim Məcnunov, Bakı Slavyan Universitetindən Hacı Rauf, Sumqayıt Dövlət Universitetindən Adil Qurbanov, AMEA-nın Fəlsəfə İnstitutundan Elsevər Səmədov və BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasovun da qatıldığı tədbirdə Ulu Öndərin Azərbaycan multikulturalizminin qorunması və inkişafı sahəsində əsasını qoyduğu işlərdən söz açılıb, eləcə də tədrisin keyfiyyətinin daha da artırılması, gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, irəli sürülən təkliflər müzakirə edilib.
Запись Multikulturalizm Mərkəzində “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” müzakirə edilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.