Rəvan Həsənov: İraq türkmənlərini və azərbaycanlıları eyni tarixi köklər və adət-ənənələr birləşdirir

Ulu Öndər Heydər Əliyev vaxtilə İraqda yaşayan türkmənlər barədə demişdi ki, onlar da azərbaycanlılar kimi, bir bütövün parçalarıdır. Bizi eyni tarixi köklər və adət-ənənələr birləşdirir.

Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov “İraq türkmənləri və Türk dünyası: tarixi yaddaşın bərpası” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi-praktiki konfransdan əvvəl jurnalistlərə müsahibəsində deyib.

İcraçı direktor bildirib ki, beynəlxalq konfransda müxtəlif ölkələrdə yaşayan 40-dək İraq türkməni iştirak edir. Onların arasında QHT nümayəndələri, alimlər, mətbuat işçiləri, yazıçı və şairlər var.

“Tədbirdə Azərbaycan və İraq türkmənlərinin QHT-ləri, media, ədəbiyyat sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunacaq. Belə konfransları Qarabağda və Şuşada keçirməyi də planlaşdırırıq”, - deyə Rəvan Həsənov bildirib.

Etiketlər