Rumıniyada Heydər Əliyevin 100 illiyinə həsr edilən mühazirə keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində silsilə tədbirləri davam etdirir. Mərkəz ilin sonuna qədər  Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsinin icra olunduğu ali təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirlər, konfranslar, seminarlar, dəyirmi masalar və mühazirələr təşkil etməyi nəzərdə tutur. 
Silsilə tədbirlər çərçivəsində mayın 12-də Rumıniyanın Aleksandr İohan Kuzi Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mühazirə keçirilib. Universitetin professoru Lyudmila Bejenaru mühazirəsində Filologiya (rus) fakültəsinin tələbələrinə Azərbaycanın zəngin tarixindən, Qarabağ münaqişəsindən danışıb. Mühazirənin böyük hissəsi Heydər Əliyevin tarixi missiyasına, müstəqil, suveren, müasir demokratik Azərbaycan Respublikasının qurulmasındakı roluna həsr olunub.

Etiketlər