Kamal Abdulla: Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət səviyyəsində dəstəklənir

Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət səviyyəsində dəstəklənir.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Bakıda keçirilən “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda konfransda deyib.

Kamal Abdulla qeyd edib ki, Azərbaycanın multikulturalizm təcrübəsi dünyanın bir çox ölkələrinin ali təhsil ocaqlarında tədris olunur.

O, “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda konfransın sülhə, təhlükəsizliyə töhfə verəcəyindən əminliyini ifadə edib.

Etiketlər