Allahşükür Paşazadə: Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti yüksək səviyyədə həyata keçirilir

Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidentinin müəllifi olduğu Mədəniyyətlərarası Dialoq Forumu uğurla keçirilir. Ulu Öndərin əsasını qoyduğu tolerantlıq və multikulturalizm siyasəti bu gün ölkəmizdə yüksək səviyyədə həyata keçirilir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda konfransda deyib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb ki, 44 günlük Vətən müharibəsində dünyaya səsimizi birgə ucaltdıq. Bu, Azərbaycan multikulturalizminin növbəti təzahürü oldu. Dünyada baş verən fəlakətlər, qlobal böhranlar, müharibələr hamımızı narahat edir. İslamofobiya və xristianofobiya təmayülləri narahatlıq doğurur.

Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların dövlətin qayğısı ilə əhatə olunduğunu da qeyd edib.

Etiketlər