"Multikulturalizm" verilişi - 37

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan "Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlanıb. Verilişdə erməni işğalından azad olunmuş Tuğ kəndindəki alban abidələrindən və BBMM-in yeni nəşri olan "Qarabağın və Şərqi Zəngəzurun alban abidələri" kitabından söz açılıb. Verilişin qonaqları UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayeva və Alban-Udi xristian icmasının sədri Robert Mobilidir. "Multikulturalizm" verilişinin müəllifi və aparıcısı BBMM-in aparıcı məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanqızıdır.

 

Etiketlər