Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranmasının 7 ili tamam olur.

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranmasının 7 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin 15 may 2014-cü il tarixli fərmanı ilə yaranan Mərkəz müasir dövrdə Azərbaycanın ictimai, siyasi, mədəni həyatında mühüm rol oynayır.
Multikulturalizm Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin əsasında ölkədəki etnik, dini və mədəni müxtəlifliklərin qorunması və daha da inkişaf etdirilməsi dayanır. Multikulturalizm siyasəti inteqrasiya münasibətlərini gücləndirir.
Azərbaycanın multikulturalizm modelinin siyasi banisi Ulu Öndər Heydər Əliyevdir. Bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi multikulturalizmin inkişafında, eləcə də müasir Azərbaycanın dünyanın multikulturalizm ünvanlarından birinə çevrilməsində mühüm rol oynayır.