Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
2018-ci ilin oktyabr ayından etibarən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası (AzTV) ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişinə start verilmişdir. Veriliş ayda iki dəfə olmaqla 30 dəqiqə həcmində hazırlanır. Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapır. Bu günə qədər media və multikulturalizm, azərbaycanlıların soyqırımı, tolerantlıq günü, Bakı prosesi, VI Bakı Beynəlxalq Humanitar Forumu, Qafqaz Albaniyası və udilər, həmrəylik, şəhidlik, habelə, bir çox digər mövzularda onlarla yerli və xarici qonağın iştirakı ilə 40-a yaxın veriliş təqdim olunub.
Azərbaycan multikulturalizminin araşdırılması mövzusuna həsr olunan verilişin qonaqları Qazaxıstandan olan tədqiqatçı Arman Süleymenov və BBMM-in baş məsləhətçisi Tofiq Abbasovdur.
Ramazan ayına həsr olunan verilişin qonaqları Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev və Avropa yəhudiləri icmasının baş ravvini Şneor Seqaldır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin növbəti buraxılışı yayımlandı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin növbəti buraxılışı. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və BBMM-in xarici ölkələrdəki fəaliyyətinə həsr olunan verilişin qonaqları mərkəzin ABŞ nümayəndəliyinin rəhbəri Janna Skot və Almaniya nümayəndəliyinin rəhbəri Birgit Vaysgerberdir.
Mədəni və mənəvi irsin qorunması mövzusuna həsr olunan verilişin qonaqları Dağlıq Qarabağın azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin növbəti buraxılışı bu gün 22:40-da efirdə olacaq. Erməni terroru və azərbaycanlıların soyqırımı mövzusuna həsr olunan verilişin qonaqları tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi və tarixçi - jurnalist Müzəffər Məlikməmmədovdur.
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinə həsr olunan verilişin qonaqları layihənin Portuqaliyadan olan iştirakçısı Joao Mastre və Tacikistandan olan iştirakçısı Amreddin Siraceddinovdur
Xocalı soyqırımına həsr olunan verilişin qonaqları “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, jurnalist Şamil Sabiroğlu və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının sədr müavini, professor Elçin Əhmədovdur.
Media və multikulturalizm mövzusuna həsr olunan verilişin qonaqları millət vəkili Hikmət Babaoğlu və BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğludur.
Şəhidlərə ithaf olunan verilişin qonaqları millət vəkili, professor Musa Qasımlı və politoloq Elşad Mirbəşiroğludur.
BBMM-in “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə həsr olunan verilişin qonaqları tarix elmləri doktoru, AMEA-nın aparıcı elmi işçisi Məhəbbət Paşayeva və Alban Udi Xristian dini icmasının sədri Robert Mobilidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin 6-cı buraxılışı yayımlandı. (05.12.2018) "Heydər Əliyev və multikulturalizm" mövzusuna həsr olunan verilişin qonaqları Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycanda katolik icmasının başçısı Vladimir Feketedir.Verilişdə həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə,Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayev, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus pravoslav kilsəsinin nümayəndəsi Konstantin Pominovun da müsahibələri yer alıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin 5-ci buraxılışı. (28.11.2018) Verilişin qonaqları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli və efiopiyalı tədqiqatçı Seyfi Tırfedir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin 4-cü buraxılışı. (14.11.2018) Beynəlxalq Tolerantlıq gününə həsr olunan verilişin qonaqları Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin üçüncü buraxılışı. VI Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunan verilişin qonaqları Hindistanın "Art of Living" Fondunun mənəvi rəhbəri Şri-Şri Ravi Şankar və İtaliyanın Link Kampus Universitetinin professoru Alesandro Fiqusdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin ikinci buraxılışı.Bakı prosesinin 10 illiyi və VI Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunan verilişin qonaqları Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəmandır.
Verilişdə multikulturalizmin mahiyyəti, Azərbaycan multikulturalizm modeli haqda söhbət aparıldı. İlk verilişin qonaqları Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov oldu.