Azərbaycan Respublikasının Prezidenti
![]()
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. Bu layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. 2015-2020-ci illər ərzində Multikulturalizm Mərkəzi 10 beynəlxalq multikulturalizm qış və yay məktəbi təşkil edib
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi və Azərbaycan səfirliyi bizim ölkəmizdə çoxsaylı tədbirlər təşkil edir.
Mən araşdırmaçı kimi bir çox ölkələrin multikultralizm modeli haqqında məlumatlarla tanış olmuşam. Bu istiqamətdə araşdırmalarımı davam etdirdikcə Azərbaycan haqqında xeyli maraqlı məlumatlara rast gəldim.
Mən builki Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsində Ukraynanı təmsil edirəm.
Fevralın 16-da X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə və Quba Soyqırımı Memorial Kompleksində olublar.
Fevralın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi modelinin bəşəri sülhə töhfəsi” adlı X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qubada ilk mühazirəni dinləyiblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi modelinin bəşəri sülhə töhfəsi” adlı X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları fevralın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
X Bakı Beynəlxalq Multikulturalizm qış məktəbi haqqında Real televiziyası videosüjet hazırlayıb
X Beynəlxalq Multikulturalizm Qış məktəbi başlayacaq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 20 ölkədən gələn təxminən 30 əcnəbi tələbənin, həmçinin Azərbaycan ali məktəblərinin nümayəndələrinin iştirak edəcəyi növbəti qış məktəbini həyata keçirməyə hazırdır.
Ötən həftə IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi öz işini uğurla başa çatdırdı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan televiziyasının qonağı olub. Mövzu IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinə həsr edilib.
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb.AzTV -nin bağlanış mərasimindən hazırladığı videosüjet
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) beynəlxalq təşkilatı və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə işə başlayan “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin başa çatması ilə bağlı iyulun 21-də tədbir keçirilib.
IX Beynəlxalq Multikulturalizm Yay məktəbinin iştirakçıları Alban-Udi xristian kilsəsini və Alban Udi ocağını ziyarət ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) beynəlxalq təşkilatı və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə iyulun 15-də başlanan “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi proqram üzrə işini Oğuz rayonunda davam etdirir.
IX Beynəlxalq Multikulturalizm Yay məktəbi iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla ilə görüşdülər.
BBMM-in İcraçı direktoru Rəvan Həsənov "Atv Səhər" proqramının qonağı olub.Verilişdə Multikulturalizm siyasətinin uğurlu inkişafından bəhs edilib
yulun 17-də “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı I Beynəlxalq Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib. Forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsi çərçivəsində təşkil edilib.
Azərbaycanda müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub insanlar əsrlərdir sülh və həmrəylik şəraitində yaşayırlar. Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri bu birgəyaşayışın bütün dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir. Artıq ənənəyə çevrilən bu məktəblər əcnəbi tələbələrin Azərbaycanın multikultural ənənələri ilə yaxından tanış olmaları üçün çox yaxşı fürsətdir.
IX Beynəlxalq Multikulturalizm Yay məktəbi çərçivəsində "Multikulturalizm siyasəti və Multikulturalizmin Azərbaycan modeli" mövzusunda plenar sessiya keçirildi. (Atv kanalının hazlrladığı video süjet)