Azərbaycan Respublikasının Prezidenti
![]()
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. Bu layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. 2015-2020-ci illər ərzində Multikulturalizm Mərkəzi 10 beynəlxalq multikulturalizm qış və yay məktəbi təşkil edib
XII Beynəlxalq Multikulturalizm Yay məktəbi iştirakçıları Qəbələ şəhərinə səfər ediblər. Qonaqlar Nic kəndində yerləşən Udi Ocağını və Müqəddəs Məryəm Ana kilsəsi ziyarət ediblər. Görüş zamanı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili layihə iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Dünyanın müxtəlif ölkələrindən gələn tələbələr multukulturalizmin Azərbaycan modelindən bəhrələnir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi Şəkidə öz işini uğurla davam etdirir.
Mən Multikulturalizm Yay Məktəbinə Türkiyədən qatılıram. Kayseri Universitetinin tələbəsiyəm. Azərbaycanda ikinci dəfədir oluram. Birinci dəfə fevralda keçirilən Multikulturalizm Qış Məktəbində iştirak etmişəm. Həmin vaxt biz erməni işğalından azad edilmiş Qarabağ torpağına, Şuşaya, Ağdama səfər etdik. Həmin torpaqların 29 il sonra azadlığına qovuşmasına çox sevinirəm.
XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin fəaliyyəti haqda İctimai Televiziyada geniş reportaj təqdim olunub
Bu gün Azərbaycanda mədəni müxtəlifliklə bağlı dəyərlərin, eyni zamanda, multikultural dəyərlərin təbliği ilə bağlı bir çox tədbirlər təşkil olunur.
XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları iyulun 26-da, günün ikinci yarısında Şəkinin tarixi məkanları ilə tanış olub, görməli yerlərini gəziblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) iyulun 24-dən “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə start verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi və XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları iyulun 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Azərbaycan Televiziyası XII Beynəlxalq Multikulturalizm Yay məktəbinin başlaması haqda reportaj hazırlayıb
Azad Azərbaycan Televiziyası XII Beynəlxalq Multikulturalizm Yay məktəbinin başlaması haqda reportaj hazırlayıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə start verir.
Mən Beynəlxalq Multikulturalizm Yay Məktəbini iki cəhətdən faydalı hesab edirəm. Birinci cəhət odur ki, burada iştirak edənlərin böyük əksəriyyəti təmsil etdikləri ölkələrin universitetlərində Azərbaycan multikulturalizm fənnindən dərs almış tələbələrdir. Onlar universitetlərdə öyrəndiklərinin nəzəri tərəfini burada praktiki cəhətdən öz gözləri ilə görür, kitablarda oxuduqları məqamlara daha da aydınlıq gətirirlər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan "Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlandı. Veriliş “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusundakı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinə həsr olunmuşdu.
XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi barədə film.
Bakıda 20-dən çox tələbə və tədqiqatçının iştirak etdiyi XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi sona çatıb. Qış məktəbinin iştirakçıları Azərbaycanda multikultural və tolerant dəyərlərin qorunub saxlanıldığının canlı şahidi olublar.
Fevralın 23-də “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusunda XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib.
Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsində “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusunda keçirilən XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qonaqları salamlayıb, gənclərin “multikultural dəyərlər” diyarı Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.
Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina Qiş Məktəbi iştirakçılarına "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda mühazirə oxuyub.
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.