Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının iclası keçirilib

Yanvarın 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının iclası keçirilib. İclasda BBMM-in Himayəçilik Şurasının üzvləri - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Şuranın sədri akademik Kamal Abdullayev, BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Milli Tarix Muzeyinin baş direktoru Nailə Vəlixanlı, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycan Rus Dram Teatrının bədii rəhbəri, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Respublikasının Xalq yazıçısı Elmira Axundova iştirak ediblər. Fərəh Əliyevanın sədrliyi ilə keçən iclasda BBMM-in 2023-cü il ərzində fəaliyyətinə dair hesabatı dinlənilib, mərkəzin 2024-cü ilə dair Tədbirlər Planında nəzərdə tutulan layihələr geniş müzakirə olunub.  Hesabatı Mərkəzin icraçı direktoru Rəvan Həsənov təqdim edib.
İclasın sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2023-cü il üçün fəaliyyəti qənaətbəxş hesab edilib, 2024-cü ilə dair Tədbirlər Planı isə əlavə və təkliflər nəzərə alınmaqla qəbul edilib.
 

Etiketlər