Rəvan Həsənov: Bəzi Avropa ölkələrində islamofobiya, antisemitizm geniş yayılıb
İslamofobiya, antisemitizm bəzi Avropa ölkələrində təəssüf ki, geniş yayılıb. Din və azadlıq amilini siyasiləşdirənlər dönüb özlərinə baxmalıdırlar.
Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda keçirilən tədbirdə söyləyib.
Holokostun insanlığa, bəşəriyyətə qarşı cinayət olduğunu xatırladan icraçı direktor qeyd edib ki, Azərbaycan xalqı da soyqırımıdan əziyyət çəkib.
“Tarixin qaranlıq məqamlarında yaşanmış hadisələr axıra qədər davam etməməlidir. İnsanlıq və gələcək naminə birgəyaşayış, dinc yanaşma mütləqdir.
Azərbaycanda güclü yəhudi irsi var. Ölkəmizdə yaşayan yəhudilər Azərbaycanın azadlığı uğrunda canlarından da keçiblər”, - deyə o bildirib.