Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində

 

bbmm layihesi-3

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bugünlərdə “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda növbəti mühazirə təşkil olunub.

Mühazirədən öncə BBMM-in əməkdaşı Yadigar Məmmədli  layihə haqqında məlumat verib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi-coğrafiyası, əhalisi ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırma nəticələrini geniş auditoriyaya, ilk növbədə respublikanın təhsil ocaqlarına çatdırmaq məqsədi ilə bu layihəni həyata keçirir. Bu layihə çərçivəsində mütəmadi olaraq dəyirmi masalar, mühazirələr, təqdimatlar və görüşlər təşkil ediləcək”.

Mühazirəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa oxuyub. Mühazirəçi Azərbaycanın qədim, köklü soylarından olan udilər haqqında tələbə və professor-müəllim heyətinə ətraflı məlumat verib və qeyd edib ki, e.ə. V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün “Tarix” əsərində yazıb. E.ə. I əsrdə yazıb-yaratmış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış 26 dildə danışan yerli alban soyundan olan udilərin adını qeyd edib: “Udilər tarixin mürəkkəb, keçməkeşli mərhələlərini yaşamışlar. XIX əsrin ikinci yarısında Yelizavetpol quberniyasında qeydə alınan udilər öz identikliyini qoruyub saxlaya bilmişdir”.

Nazim Mustafa auditoriyanın diqqətinə çatdırıb ki, sovet hakimiyyəti illərində gedən proseslər nəticəsində Gəncə arealında yaşayan udilərin bir qismi keçmiş SSRİ-nin müxtəlif yerlərinə səpələnib, Ermənistan SSR ərazisində qalan udilər isə digər milli azlıqlar kimi, assimilyasiyaya uğrayaraq tamamilə erməniləşib. Məruzəçi mühazirənin sonunda Azərbaycan dövlətinin Qəbələ rayonunun Nic kəndində və Oğuz şəhərində yaşayan udilərə məxsus tarixi-memarlıq abidələrinin qorunması, onların mədəniyyətinin inkişaf etdirilməsi və dillərinin qorunması sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər haqqında da ətraflı məlumat verib.
“Yelizavetpol quberniyasının udin kәndlәri: biz nә bilirik” mövzusunda mühazirә auditoriya tərəfindən maraqla qarşılanıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

bbmm layihesi-2

Запись Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.