Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Özbəkistanın "O'zbekiston 24" televiziyasına müsahibə verib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Daşkənddə keçirilən “Cədidlər: Milli kimlik, müstəqillik ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans çərçivəsində Özbəkistanın "O'zbekiston 24" televiziyasına müsahibə verib.
Qeyd edək ki, Konfrans Özbəkistanın Milli Kütləvi İnformasiya Vasitələrinə Dəstək və İnkişaf İctimai Fondunun Türk Dövlətləri Təşkilatı, Özbəkistan Nazirlər Kabineti yanında Repressiya Qurbanlarının Xatirə Dövlət Muzeyi və Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. Dünyanın müxtəlif ölkələrindən 50-dən çox nümayəndənin iştirak etdiyi konfransın məqsədi alimlər, siyasətçilər və ekspertlər arasında dialoqun zənginləşdirilməsi və elmi fikirlərin mübadiləsi üçün platforma yaratmaq olub.