Multikulturalizm Mərkəzi və Braziliyanın Espaço Caspio Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə onlayn tədbir keçirilib
Noyabrın 9-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Braziliyanın Espaço Caspio Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturaliminə təhdidlər” mövzusunda onlayn tədbir keçirilib. Canlı yayım formatında baş tutan tədbirdə Mərkəzin icraçı direktoru Rəvan Həsənov Azərbaycan multikulturalizmi modelinin özəlliyi və 44 günlük Vətən müharıbəsindən sonra regionda yaranan durum, erməni vandallarının 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində tarixi abidələrin, mədəni irsin talan edilməsi faktları barədə ətraflı məlumat verib.