Qərb mədəniyyətlərində müsəlmanlar haqqında sui-qəsd nəzəriyyələri ilə bağlı məruzələr dinlənilib

“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan sessiyada  "Qərb mədəniyyətlərində müsəlmanlar haqqında sui-qəsd nəzəriyyələri: Böyük Əvəzetmə Nəzəriyyəsi" mövzusunda məruzələr dinlənilib. Brüsseldə yerləşən Haider Globa şirkətinin Baş Direktoru Sajjad Kərimin moderatorluğu ilə keçirilən sessiyada Mohamed Bashar Arafat, Ibrahim Moosa, Arsalan İftixar, Ahmet Uysal və İneke van der Valk çıxış ediblər.

Qeyd edək ki, martin 15 və 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.

Etiketlər