Azərbaycanda Xristianlıq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca 14-cü olan filmdə Azərbaycanda yaşayan xristianlar onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. Xatırladaq ki, layihə əsasında hazırlanmış ilk sənədli film əsrlər boyu Azərbaycanda yaşamış yəhudilərə, ikinci film "Qafqaz Albaniyasının varisləri - udilər"ə, üçüncü film - "Biz birlikdə güclüyük" Vətən Müharibəsində nümayiş olunan milli birliyə, dördüncü film - Azərbaycanda yaşayan malakanlara, beşinci film Azərbaycanda yaşayan ingiloylara, altınci film Azərbaycanda yaşayan talışlara, yeddinci film Azərbaycanda yaşayan axıska türklərinə, səkkizinci film Azərbaycanda yaşayan avarlara, doqquzuncu film Azərbaycanda yaşayan saxurlara, onuncu film Şahdağ xalqlarına, 11-ci film Azərbaycanda yaşayan ləzgilərə, 12-ci film Azərbaycanda yaşayan tatlara, 13-cü film isə Azərbaycanda yaşayan rutullara həsr edilmişdi.

 

Etiketlər