“Beynəlxalq Multikulturalizm” elmi jurnalının yeni sayı nəşr edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm” elmi araşdırmalar jurnalının 2021-ci ildə ikinci sayı nəşr edilib. Jurnalın bu nömrəsində Dünya Sivilizasiyaları və Siyasəti (Humanitar və Sosial Elmlər) professoru Syed Sammy Uddin-Ahmedin “Kolonizasiya və tarix: Afrika müttəfiqlərinin gözü ilə” maraqlı elmi-araşdırması, Hassen Zribanın “Rəqəmsal mədəniyyətdə etnik kimlik və dil”, Esi Marius Costelin “Rumıniya multikulturalizmi: təhsil, əsas məqamlar və şəxsiyyət”, professor Etibar Nəcəfovun “İslamafobiya irqçilik və dözümsüzlüyün bir forması kimi”, Donika Bakiunun “Arbereşi və italyanlarda olduğu kimi, alban və makedoniyalılar arasında qərəz və stereotiplər”, Andrea Roxana Bellotun “Kitab icmalı: qlobal siniflər üçün inkişaf edən multikultural təhsil” kimi maraqlı elmi məqalələr və Xəyalə Məmmədovanın “70 illik yubiley: cənab Jeffrey Werbock ilə müsahibə”si dərc edilib.
“Beynəlxalq Multikulturalizm” elmi araşdırmalar jurnalı multikulturalizm sahəsində elmi-tədqiqatların nəticələrini əks etdirən, ildə 2 dəfə ingilis dilində dərc edilən elmi-tədqiqat məcmuədir. Bütün beynəlxalq standartlara tam cavab verən jurnal regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti və ikili anonim rəyçi qrupu da bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb.
Qeyd edək ki, “Beynəlxalq Multikulturalizm” elmi araşdırmalar jurnalı 2020-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Şurasında qeydiyyatdan keçib. Jurnalın məqsədi yerli tədqiqatçılarımızın multikulturalizm sahəsində elmi yenilikləri əks etdirən məqalələrini beynəlxalq auditoriyaya çatdırmaq və xarici alimlər arasında elmi ünsiyyətin genişləndirməsinə yardımçı olmaqdır.
Jurnal haqqında əlavə məlumat üçün: http://bimc-ijm.com/
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti