Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycandakı Yevangelist protestant dini icma rəhbərlərinin ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı, Xristian Liderlərin Təriqətlərarası Konqresinin prezidenti Conni Murla görüşü keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Dünya Dini Liderlərinin II Bakı sammiti çərçivəsində iştirak üçün ölkəmizdə səfərdə olan ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı, Xristian Liderlərin Təriqətlərarası Konqresinin banisi və prezidenti Conni Murla görüş keçirilib. Görüşdə BBMM-in icraçı direktoru Rəvan Həsənov Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu multikulturalizm siyasəti, Azərbaycan Multikulturalizmi modelinin üstünlükləri, Bakı prosesi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin beş illik fəaliyyəti dövründə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. İcraçı direktor “Dünya dini liderlərinin II Bakı sammiti” və onun əhəmiyyəti haqda mövzuya da toxunub. ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı, Xristian Liderlərin Təriqətlərarası Konqresinin banisi və prezidenti Conni Mur görüş üçün R.Həsənova təşəkkür edib. O, Azərbaycanda ilk dəfə olmadığını qeyd edərək, ölkədəki tolerant və multikultural mühiti uğurlu nümunə kimi yüksək dəyərləndirib. Görüşdə ölkəmizdəki Yevangelist protestant dini icmaların – “Azərbaycan Bibliya Cəmiyyəti”, “Həyat Sözü”, “Yeni Həyat”, “Alov” Xristian Ev Kilsələri,“Vineyard Azərbaycan” “Baptist Kilsəsi”, “Şərqdə Ulduz”, “Yevangelik Lyuteran Kilsəsi”, “Aqape”, “Yeddinci Günün Adventistləri” xristian dini icmalarının rəhbərləri də iştirak ediblər. İcma rəhbərləri təmsil etdikləri dini qrupların fəaliyyəti, Azərbaycanda onlar üçün yaradılan yüksək şərait barədə geniş məlumat veriblər.
Sonda görüş iştirakçılarının xatirə fotosu çəkilib və qonağa Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim edilib.