Argentinanin Belqrano Universitetində Baki Beynəlxalq Multikulturalizm Mərkəzinin ve Azərbaycanın Argentinadakı səfirliyinin birgə dəstəyi ile “Azərbaycan multikulturalizmi” mövzusunda seminar teşkil edilib.
Seminarda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi İrina Kunina Azərbaycandakı etnik qruplar, onların münaqişə olmadan, qarşılıqlı anlaşma şəraitində yaşaya bilməsi faktı, eləcə də, dövlət başçısının bu multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verib. Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.