Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Qazaxıstanın Astana şəhərinə səfəri çərçivəsində Azərbaycan Televiziyası və AZƏRTAC-a müsahibə verib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Qazaxıstanın Astana şəhərinə səfəri çərçivəsində Azərbaycan Televiziyası və AZƏRTAC-a müsahibə verib.
Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana şəhərində Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin 23-cü iclası keçirilir. Azərbaycanı tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da daxildir.
Qeyd edək ki, sentyabrın 17-18-də Astanada Dünya və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı keçiriləcək. Forumda dünyanın təqribən 60 ölkəsindən 100-dən çox nümayəndə heyəti aktual məsələləri müzakirə edəcək.

 

Etiketlər