Azərbaycan Respublikasının Prezidenti
![]()
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Xristian dini icmalarının təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə aprelin 14-də Xocavənd rayonuna səfərə çıxanların arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı kimi mən də vardım. Pasxa bayramı ərəfəsində haqq dərgahına ünvanlanan dualar göylərə Qarabağın işğaldan qurtarılmış məbədlərindən bülənd olacaqdı.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdəki ali təhsil müəssisələri, eləcə də kolleclərdə “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlərə treninqlərin keçirilməsinə başlayıb.
Bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Qafqaz Albaniyasını öyrənirik layihəsi çərçivəsində “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı hazırlanaraq çap edilib.
Bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Qafqaz Albaniyasını öyrənirik layihəsi çərçivəsində “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı hazırlanaraq çap edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 31 mart soyqırımına həsr olunan tədbir keçirilib.
Martın 31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Azərbaycanlıların soyqırımı-1918” mövzusunda dəyirmi masa təşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan "Multikulturalizm" verilişinin növbəti buraxılışı yayımlandı. Veriliş “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusundakı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinə həsr olunmuşdu.
Azərbaycanla Polşa arasında ilk diplomatik əlaqələr 1472-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir Yaqelonçikin dövründə qurulmuşdur. Azərbaycana ilk polyaklar hələ XIII əsrdə gəlməyə başlamışlar. Onlar bura könüllü vəya hərbi əsir kimi gəlmişlər. XVII əsrdə polyak missionerləri Pol Vraçinski, Endjey Zelonatski və Aleksandr Kulyoşa Gəncəyə səfər etmişlər.
Martın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə "Mənəvi intibah" filminin təqdimatı keçirilib. Tədbiri açan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Mənəvi intibah" sənədli filmi haqqında məlumat verib. Bildirib ki, filmdə insanların dəyərlərdən uzaqlaşdıqca mənəviyyatlarında böhran baş verməsindən, dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də digər qlobal və regional kataklizmlərdən xilas yolunun mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən bir “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilib.
Martın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Mərkəzində “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı olub. Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Kamal Abdulladır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda sözügedən layihə çərçivəsində 24 ölkənin nüfuzlu unversitetində “Azərbaycan multikulturalizmi” tədris edilir.
XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi barədə film.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tarixçi alimlərin, milli icma rəhbərlərinin və Xocalı sakinlərinin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakıda 20-dən çox tələbə və tədqiqatçının iştirak etdiyi XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi sona çatıb. Qış məktəbinin iştirakçıları Azərbaycanda multikultural və tolerant dəyərlərin qorunub saxlanıldığının canlı şahidi olublar.
Fevralın 23-də “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusunda XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib.
Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsində “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusunda keçirilən XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qonaqları salamlayıb, gənclərin “multikultural dəyərlər” diyarı Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.
Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina Qiş Məktəbi iştirakçılarına "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda mühazirə oxuyub.
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi iştirakçıları Şuşada
“Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” XI Beynəlxalq Multikulturalizm Qış məktəbi çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində konfrans keçirilib.